Son bir ayda Zimbabve dolları ABŞ dollarına nisbətdə 41,8 faiz möhkəmlənərək, bahalaşma baxımından onu dünyanın ən yaxşı valyutasına çevirib.
QHT.az xəbər verir ki, ilin əvvəlindən müşahidə olunan məzənnənin çökməsi bir Afrika dövlətinin valyutasının özü üçün qeyri-adi yerdə qalmasına “kömək edib”. Qara bazarda 10.000 Zimbabve dolları bir ABŞ dollarına düşəndən və illik inflyasiya 175 faizə yüksəldikdən sonra yerli hakimiyyət valyuta bazarını liberallaşdırdı və vergi dəyişiklikləri tətbiq etdi.
Milli valyutanın görünməmiş dəyişkənliyi yerli biznesi ən azı bir neçə ay köhnə məzənnə ilə mal satmaq üçün gecikmə tələb etməsinə səbəb olub.
Zimbabve dolları son onilliklərdə dünyanın ən pis valyutası olub. 2009-cu ildə inflyasiya sürətini dayandıra bilmədiyi üçün respublika öz ödəniş vasitələrindən tamamilə imtina etdi. 2019-cu ildə Zimbabve dollarının dövriyyəsi bərpa olundu, lakin ölkənin maliyyə sistemini sabitləşdirmək mümkün olmadı.
2022-ci ildə Zimbabve 243,8 faiz qiymət artımı ilə dünyada ən yüksək inflyasiyaya malik ölkə oldu. Buna baxmayaraq, Afrika respublikası dünya ticarətində öz dollarından daha fəal istifadə etməyə çalışır.
Pərvanə Fərhadqızı












