Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda Kollegiya tərəfindən “Heydər Əliyev ili” ilə bağlı tədbirlər planı çərçivəsində görülən işlər barədə ümumi məlumat verilib.
QHT.az xəbər verir ki, vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş 8 vəkilliyə namizədin və əvvəllər apellyasiya məhkəməsinin sədri olmuş Qürbət Əsgərovun andiçmə mərasimi keçirilib. İclas çərçivəsində vəkillər barəsində başlanılmış 16 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilə töhmət verilmiş, 1 vəkilin fəaliyyəti dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət barədə qərər qəbul olunub, 1 vəkilə irad tutulubdur.
Həmçinin Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.
Pərvanə Fərhadqızı












