Bugün Səhiyyə Nazirliyi Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının təşkilatçılığı ilə Vərəm əleyhinə QHT Koalisiyasının rüblük iclası keçirilib.

QHT.az xəbər verir ki, görüşdə Koalisiyaya üzv təşkilatların ötən rüb ərzində gördüyü işlər, həyata keçirdiyi layihələr təqdim olunub,  Qlobal Fonda növbəti 3 illik maliyyə tələbində QHT-lərin prioritetləri, hədəfləri  və təklifləri müzakirə edilib,  Ölkədə vərəmlə bağlı epidemioloji vəziyyət və çətinliklərin həlli istiqamətində görülməsi planlaşdırılan işlər müzakirə edilib.