“WhatsApp” istifadəçiləri spam zənglərdən qoruyan yeni funksiyaya malikdir: indi messencer naməlum kontaktlardan gələn spam zəngləri avtomatik olaraq susdura bilər. Bu barədə Meta şirkətinin rəhbəri Mark Zukerberq məlumat verib.
QHT.az xəbər verir ki, şirkət rəhbərinin sözlərinə görə, messencerin parametrlərində yeni funksiyanı aktivləşdirmək mümkündür. “Məxfilik” bölməsinə keçib “Zənglər” bəndini seçmək, sonra isə “Naməlum nömrələri səssizləşdirmək” seçiminin yanındakı slayderi daşımaq lazımdır. Naməlum nömrədən istifadəçiyə zəng edən şəxs onun zənginin görünməməsi və ya eşidilməməsi barədə heç bir bildiriş almayacaq. Lakin o, naməlum nömrələrdən gələn buraxılmış zənglərin tarixçəsinə baxa biləcək. Əgər buraxılmış zəngin onun üçün təhlükə yaratmadığına qərar verərsə və ya zəng edildiyi nömrəni bilsə, geri zəng etmək imkanı olacaq.
Pərvanə Fərhadqızı












