Xizək yarışı üzrə Olimpiya çempionu Anfisa Reztsova 59 yaşında vəfat edib. İdmançının keçmiş əri Leonid Reztsov bildirib ki, o, oktyabrın 19-da axşam saatlarında reanimasiyada özünə gəlmədən dünyasını dəyişib. 

Qeyd edək ki, 1988-ci il Oyunlarında Reztsova xizək sürmə yarışlarında iştirak etdi və estafetdə qızıl medal, həmçinin 20 kilometr məsafəyə fərdi yarışda gümüş medal qazandı. 1992-ci ildə sprintdə və 1994-cü ildə estafetdə daha iki olimpiya qızılı qazandı.

 

Pərvanə Fərhadqızı