Bu gün Binəqədi rayonu Xocasən qəsəbəsində yazıçı -dedektiv Elbrus Kəlbiyevin oxucularla görüşü keçirildi. Bakı şəhər mədəniyyət evinin təşəbbüsü və Yayım Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən tədbirlərdə qəsəbə ictimaiyyəti və yuxarı sinif şagirdləri iştirak edirdi. Görüşdə Yayım Assosiasiyası İB sədri Yaşar Zeynalov, yazıçı jurnalist Mübariz Sùleymanlı çıxış edərək yazıçının yaradıcılığı haqqında məlumat verdilər. Sonra oxucuların çoxsaylı suallarına cavab verən Elbrus Kəlbiyev oxucularına imzalı kitablarını hədiyyə etdi.

Qeyd edirik ki, Yayım Assosiasiyası İctimai Birliyinin keçirdiyi bu tədbir Qeyri Hökumət Təşkilatları Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "Cənub bölgəsində yazarların tanıtımı və gənclərin oxu vərdişinin artırılmasına dair tədbirlərin təşkili" layihəsinin davamı olaraq reallaşdırdığı 10-cu tədbirdir.