Yeni Qeyri Hökumət Təşkilatı olan "Təhsilə Dəstək və Maarifləndirmə" İctimai Birliyi Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçib
İctimai Birliyin sədri Süleyman İsmayılbəyli QHT.az-a bildirib ki, rəhbərlik etdiyi QHT təhsil sahəsində maarifləndirmə istiqamətində müxtəlif layihələr, tədbirlər keçirməyi qarşıya məqsəd qoyub: "İctimai Birlik 30 may 2023- cü il tarixində dövlət qeydiyyatına alınıb. Fəaliyyət istiqamətlərinə günümüzün əsas problemlərindən olan narkomaniyaya qarşı mübarizə çərçivəsində təhsil müəssisələrində maarifləndirici, vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirmək daxildir. Qarabağ müharibəsi zamanı şəhid və qazi olmuş Vətən oğullarımızın keçdiyi şərəfli döyüş yolunu onlara çatdırmağı düşünürük”.
Pərvanə Fərhadqızı












