“Yüksəliş” müsabiqəsinin İşçi qrupu Masallıda
“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu müsabiqə ilə bağlı məlumatlılığı artırmaq məqsədilə bölgələrdə görüşlərini davam etdirir.
Növbəti görüş Masallı rayonunda keçirilib.
“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin inzibati binasında təşkil olunan görüş zamanı İşçi qrupun üzvləri müsabiqə və qeydiyyat prosesi və şərtləri ilə bağlı məlumatları diqqətə çatdırıblar. Bildirilib ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Görüşdə iştirakçılara müvafiq iş istiqamətlərində dəstək olmaq məqsədilə keçirilən müsabiqədə qeydiyyat mərhələsindən keçmək istəyən namizədlərə köməklik göstərilib, onları maraqlandıran suallar cavablandırılıb.
Akif AĞAYEV












