Zəfər Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Xəzər İntellektual Gənclər Klubu birgə olaraq "Zəfər İntellektual İnkişaf Proqramı" (ZİİP) təşkil edir.
QHT.az xəbər verir ki, bu proqram, şəhid övladlarının intellektual və sosial inkişafını dəstəkləməyi hədəfləyir və onların gələcəkdə intellektual liderlər olaraq cəmiyyətdə mühüm rolu olmasına töhfə verir.
ZİİP-in əsas məqsədləri:
- Şəhid övladlarının bilik və intellektual bacarıqlarını inkişaf etdirmək
- Onların sosial mühitə inteqrasiyasını gücləndirmək
- Gələcək intellektual liderlərin formalaşmasına dəstək olmaq
Proqram 4 ay müddətində xüsusi tədris metodları ilə həyata keçiriləcək və sonunda iştirakçılar öz dostları üçün intellektual turnirlər təşkil edəcəklər. Bu proqram, şəhid övladlarının təhsil və inkişafına yeni imkanlar açaraq, onları cəmiyyətə aktiv şəkildə inteqrasiya etməyə yönəlir.












