Bakı İnsan Hüquqları Məktəbi İctimai Birliyi tərəfindən məktəblilər arasında təşkil olunan "Zəfər tarixi-2" Esse Olimpiadasının finalçıları müəyyən olunub.

Birlikdən QHT.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur. Müsabiqəyə təqdim olunan minə yaxın esselər Münsiflər Heyəti tərəfindən diqqətlə yoxlanılıb, esselərin məzmun, orfoqrafiya, qrammatika, leksika, fonetika, məntiq, stilistika, səmimiyyət, antiplaqiat səviyyələri müəyyən olunub, bir neçə mərhələli müzakirələrdən və təkrar yoxlamalardan sonra 24 finalçı seçilib.

Qeyd edək ki, təltifetmə mərasimi oktyabrın 21-də baş tutub. Finalçılar Diplomlarla və qiymətli hədiyyələrlə təltif olunub.

Bütün iştirakçıları və finalçıları təbrik edirik.

 

 

Pərvanə Fərhadqızı