Hollandiya hökumətinin qərarına əsasən, Ukraynadan Hollandiyaya Ukraynada daimi yaşamaq hüququ olmayan 3 minə yaxın qaçqın ölkə ərazisini tərk etməlidir.

QHT.az xəbər verir ki, belə qaçqınlar Hollandiyanı könüllü tərk etməkdən imtina etsələr, məcburi surətdə deportasiya ediləcək və onların xərcləri də ödəniləcək. Bundan əvvəl ölkədən çıxmalı olan şəxslərə məktublar göndərilib. Bildirişdə göstərildiyi kimi, onlardan sentyabrın 4-ü gecə yarısına qədər dövlət tərəfindən maliyyələşdirilən mənzilləri boşaltmaları tələb olunub. Qərar sentyabrın 4-də qüvvəyə minməli idi, lakin onun müddəti 6 ay uzadılıb. İndiyədək Hollandiyada vətəndaşlığı olmayan ukraynalı qaçqınlar Ukrayna vətəndaşları və daimi sakinləri ilə eyni yardımı, o cümlədən mənzil, tibbi yardım, maddi yardım və təhsil alırdılar.

Onu da qeyd edək ki, Hollandiya hökuməti qaçqınlar ölkəni könüllü tərk etdikləri təqdirdə onlara 5 min avro təklif edir. Ölkədə qalmağın yeganə yolu sığınacaq üçün müraciət etməkdir, lakin bu halda şəxs vətənində təhlükənin olduğunu sübut etməli olacaq.

 

Pərvanə Fərhadqızı