Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşü yüksək qiymətləndirib.
QHT.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Soçidə Putinlə hərtərəfli və çox məhsuldar görüşün olduğunu və taxıl dəhlizi və bir çox humanitar mövzular müzakirə olunanda bu görüşün dünyada yüksək qiymətləndirildiyini vurğulayıb.
İki siyasətçinin görüşü sentyabrın 4-də Soçidə baş tutub. Danışıqlar zamanı taxıl müqaviləsi və Ukrayna nizamlanması mövzularına toxunulub. Ərdoğanın sözlərinə görə, tərəflər çoxşaxəli əməkdaşlığı daha da gücləndirəcəklərinə söz veriblər.
Pərvanə Fərhadqızı












