Çinin “Galactic Energy” şirkəti dörd peyki olan birdəfəlik bərk yanacaqlı “Ceres-1” raketini uğurla orbitə buraxıb.
QHT.az xəbər verir ki, Kosmosa Moskva vaxtı ilə saat 12:34-də Şərqi Çin dənizindəki Şandun əyalətinin Haiyan şəhəri yaxınlığındakı platformadan baş tutub. Buraxılış Ceres-1 raketi üçün doqquzuncu idi.
Qeyd edək ki, iyul ayında Çinin LandSpace şirkəti oksigen və metanla işləyən dünyada ilk kosmik raketi buraxıb. Aprel ayında özəl Space Pioneer şirkəti Çində ilk olaraq maye raket mühərriki ilə işləyən daşıyıcı raketi buraxıb.
Pərvanə Fərhadqızı












