Keçən il 1 illik yubileydə Amerikada olan oxşar platformanın statistikasını səsləndirdik. ABŞ-da oxşar platformada icra səviyyəsi 50 %-i aşmamışdı. Amma ENƏZARƏT keçən ildən bəri 70 % həll olunma statistikasını saxlayıb. Bu uğurlu statistikanın saxlanılmasında  bütün qurumların rolu böyükdür”.
Bu sözləri Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Onlayn İctimai Nəzarət Platformasının (ENEZARET- enezaret.az) 2 illik fəaliyyətinin yekunlarına dair keçirilən tədbirdən sonra QHT.az- a açıqlamasında bildirib.

Sədr həmçinin qeyd edib ki, bəzən vətəndaşlar elə bilirlər ki, ENƏZARƏT-in briqadası, fəhləsi, ustası, materialı var, özü gəlir məsələni həll edir: “Bu bir vasitədir, körpüdür. Sevindirici haldır ki, bu körpü artıq 61 rayonla 85 qurumu birləşdirir. Məncə bu çox böyük rəqəmlərdir, 7000 dən çox müraciət daxil olunmuşdur. Mətbuatda 2 il ərzində 200-dən çox məqalələr, sosial şəbəkə paylaşımları çox olub. Azı 500 min Azərbaycan vətəndaşı bu platforma haqqında məlumatlıdır. Ortalıqda bir əmək var. Bu əmək təkcə ENƏZARƏT zəhməti deyil, dövlət qurumlarının zəhmətidir”.
 

Pərvanə Fərhadqızı