"Platformamızda önəmli məqam ondan ibarətdir ki, fəaliyyətə başladığımız ilk vaxtlar tək Bakı şəhərindən müraciətlər daxil olurdusa, regionların % nisbəti cüzi idi. Sonuncu rübümüzün yekunlarına görə regionlardan gələn müraciətlərin nisbəti 43 %-ə yüksəlib. Bu müraciətlər əksər regionlarımızı əhatə edir. Bunlar regionlarımızda vətəndaşların aktiv olduğunu, mövcud sosial problemlərə biganə olmadıqlarını, bu istiqamətdə dövlət qurumlarına kömək etdiklərini aydın şəkildə göstərir"- bu sözləri "MG Consulting" şirkətinin nümayəndəsi Hamlet Babayev Onlayn İctimai Nəzarət Platformasının (ENEZARET- enezaret.az) 2 illik fəaliyyətinin yekunlarına dair keçirilən tədbirdən sonra QHT.az-a açıqlamasında bildirib.
Pərvanə Fərhadqızı












