Bu gün 9-cu beynəlxalq kitab sərgisi çərçivəsində Çingiz Abdullayevlə oxucuların görüşü baş tutub.

QHT.az xəbər verir ki, görüş zamanı Çingiz Abdullayev ölkəmizdə bu cür kitab sərgilərinin keçirilməsinin xalqın, xüsusən də yeni nəslin kitaba və mütaliəyə olan marağının artırılması, elmi və ədəbi biliklərinin təkmilləşməsi baxımından əhəmiyyətini qeyd edib. Görüşdə xalq yazıçısı yaradıcılığı barədə danışıb, oxucuların suallarını cavablandırıb, pərəstişkarları üçün kitablarını imzalayıb. Oxucular yazıçı ilə ünsiyyət qurub, müxtəlif yaşda olan yüzlərlə oxucu onunla şəkil çəkdirib, müəllifin avtoqrafını alıb.

Xalq yazıçısı uşaqlara çoxlu kitablar oxumağı tövsiyə edib.

 

Pərvanə Fərhadqızı