Bu gün əfsanəvi tarzən respublikamızın Azərbaycan SSR əməkdar artisti Məmmədağa Muradovun anım günüdür. O, 1969-cu ilin bu günü yaradıcılığının çiçəkləndiyi bir dövrdə, ömrünün qirx səkkiz yaşında vaxtsız vəfat edib.

QHT.az xəbər verir ki, Muradov 1921-ci ildə Bakı şəhərində anadan olub. Qədim klassik janr olan muğamın görkəmli ustadları Mansur Mansurov, Qurban Pirimov, Bəhram Mansurov bu şəhərdə yaşayıb yaradır, gənc tarzənin yaradıcılığının inkişafına, onun mahir tarzən kimi yetişməsinə müsbət təsir göstərirdilər.

Muradov eyni zamanda Bakının bir sıra musiqi məktəblərində, o cümlədən A. Zeynallı adına musiqi məktəbində uzun müddət müəllim işləmiş, istedadlı gənc tar ifaçılarının yetişməsində böyük rolu olub.

M. Muradovun milli musiqimizin inkişafı və təbliği sahəsindəki xidmətləri yüksək qiymətləndirilib, ona Azərbaycanın əməkdar artisti fəxri adı, bır sıra hökumət mükafatları verilib.

 

 

Pərvanə Fərhadqızı