YENİ ABŞ-ın Florida ştatında hərəkətdə olan avtomobildən tapançanın açılması nəticəsində 10 nəfərin yaralandığı bildirilib.
QHT.az xəbər verir ki, Lakeland polis rəisi Sem Taylor verdiyi açıqlamada, Lakeland şəhərində silahlı şəxslərin sərnişin avtomobilindən atəş açdığını bildirib.
Silahlı hücumun "hədəf" olduğuna inandıqlarını ifadə edən Taylor, 10 nəfərin yaralandığını bildirib.
Taylor yaralılardan ikisinin vəziyyətinin ağır olduğunu qeyd edib.












