Omanın paytaxtı Maskatda yaradılmış əyləncə parkında yelləncəyin aşması nəticəsində 8 nəfər xəsarət alıb.
QHT.az xəbər verir ki, Omanın paytaxtı Maskatda keçirilən festival zamanı Oman Konqres və Sərgi Mərkəzində qurulan əyləncə parkında yelləncək aşıb.
Hadisə nəticəsində 7-si uşaq olmaqla 8 nəfər xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralıların sağlamlıq durumlarının yaxşı olduğu öyrənilib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.












