MiQ-23 ABŞ-ın Miçiqan ştatında “Thunder Over Michigan” aviaşousu zamanı qəzaya uğrayıb.
QHT.az xəbər verir ki, pilot və sərnişin havaya qalxıb. Hadisə anı uçuşlara baxan şahidlər tərəfindən videoya çəkilib. Hava şousunun keçmiş iştirakçısı olan təyyarə Bellevil şəhərində yaşayış kompleksinin dayanacağına çırpılaraq bir neçə avtomobilə dəyib. Qəza zamanı dayanacaqda heç kim olmayıb. Qırıcının pilotu və sərnişini havaya qalxa bilib. Hadisə nəticəsində ölən olmayıb.
Qəzanın səbəbi barədə hələlik məlumat verilmir. Hadisəni ABŞ Federal Aviasiya İdarəsi araşdırır.
Pərvanə Fərhadqızı












