ABŞ-ın Pensilvaniya ştatında evdə baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 3 nəfər yaralanıb. 

QHT.az xəbər verir ki, partlayış nəticəsində 3 evin dağıldığı, ən azı 12 evin zərər gördüyü bildirilir. Hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürən göndərilərkən, partlayışın təsiri ilə ətrafdakı ən azı 2 ev yanğına məruz qalıb. Rəsmilər partlayışın təsirindən 3 evin dağıldığını, ən azı 12 evin də zərər gördüyünü bildirib.

Qeyd edək ki, partlayışın səbəbi hələlik məlum olmasa da, hadisə ilə bağlı araşdırma başladılıb.

 

Pərvanə Fərhadqızı