ABŞ-ın Alabama və Corciya ştatlarında baş verən tornadolar nəticəsində 7 nəfər ölüb.
QHT.az xəbər verir ki, ABŞ-ın cənub-şərqində yerləşən Alabama ştatında güclü yağış təsirli olub. Ştat boyu müşahidə edilən tornadolar fəlakətə səbəb olub. Autauqa bölgəsində tornadolar nəticəsində azı 6 nəfər ölüb.
Alabama qubernatoru Kay Ivey Twitter hesabında "Ştatımızı vuran fırtınalarda 6 Alabamanlı itirdiyimizi öyrəndiyim üçün pis oldum. Dualarım onların yaxınları ilədir. Bunun öhdəsindən gələcəyik və daha güclü olacağıq." deyə ifadə etdi.












