ABŞ-nin xarici yardım siyasəti ətrafında fikir ayrılıqları getdikcə daha da kəskinləşir. Yardımların azaldılmasının nəticələri, itirilən insan həyatları və ixtisar olunan iş yerləri ilə bağlı rəqəmlər administrasiya rəsmiləri ilə yardım tərəfdarları arasında ciddi mübahisələrə səbəb olur.

QHT.az xarici mediaya istinadən bildirir ki, müzakirələr son olaraq ABŞ Konqresinin üzvü Ro Khannanın, Elon Muskın United States Agency for International Development-in ləğvi ilə milyonlarla uşağın həyatını təhlükə altına atdığını iddia etməsindən sonra yenidən alovlanıb.

Mask isə bu ittihamları qəti şəkildə rədd edərək bildirib ki, “bir dənə də olsun uşaq ölməyib” və Khannanın məhkəməyə verilməli olduğunu iddia edib.

Xarici medianın təhlilinə görə, ABŞ administrasiyasının xarici yardım sistemində həyata keçirdiyi islahatlar davam etdikcə, bu sahədə yaranan suallar və mübahisələr də daha da artır.

Piranə Xasiyeva