ABŞ-ın müdafiə naziri Ostin NATO-nun Brüsseldəki mənzil-qərargahında Ukrayna Müdafiə Təmas Qrupu Toplantısından sonra ABŞ Baş Qərargah rəisi Mark Milley ilə mətbuat konfransı keçirib.
QHT.az xəbər verir ki, Rusiya Hərbi Hava Qüvvələrinin Ukraynaya hava hücumuna başlayacağı xəbəri ilə bağlı sualı cavablandıran Ostin, “Hazırda belə bir şey görmürük” deyib.
Ostin həmçinin bildirib ki, onlar Ukraynanın yazda Rusiya qüvvələrinə qarşı hücuma keçəcəyini gözləyirlər.
“Ukrayna təcil yaratmaq və vəziyyəti öz xeyrinə inkişaf etdirmək istəyir. Biz Ukraynanın yazda hücuma başlayacağını gözləyirik”. Ostin, Ukraynanın zirehli texnika və sursat kimi ehtiyac duyduğu bütün imkanları təmin etməyə çalışdıqlarını bildirib.
Ukraynaya döyüş təyyarələrinin tədarükü məsələsinə gəlincə, Ostin "Bu gün bu mövzuda heç bir izahatım yoxdur" ifadəsini işlətdi.












