Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra İraq hökuməti Türkiyəyə 30 min ton yüksək kükürdlü mazut tədarük etmək qərarına gəlib.
QHT.az xəbər verir ki, İraq Baş Nazirliyi Mətbuat İdarəsindən verilən yazılı açıqlamada, Baş nazir Məhəmməd Şiya es-Sudaninin sədrliyi ilə keçirilən Nazirlər Şurasının iclasında alınan qərarlara yer verilib.
Bildirilib ki, Neft Nazirliyi zəlzələ yardımı çərçivəsində Türkiyəyə 30 min ton yüksək kükürdlü mazut verəcək.
Bağdad rəhbərliyi zəlzələlərdən zərər çəkən Suriyaya 60 min ton yanacaq bağışlayacaq.












