Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç Radman paytaxt Zaqrebdə braziliyalı həmkarı Mauro Vieira ilə görüşüb.
QHT.az xəbər verir ki, daha sonra keçirilən birgə mətbuat konfransında Radman, braziliyalı həmkarı Vieria ilə iki ölkənin yaxşı münasibətləri barədə razılığa gəldiklərini söylədi.
Ölkəsinin və Braziliyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzvlükdə eyni yolda olduğunu vurğulayan Radman, Braziliya ilə xüsusilə iqtisadiyyat və təhsil sahələrində əməkdaşlığı gücləndirməyi hədəflədiklərini qeyd etdi.
"Həqiqət budur ki, Xorvatiya və Braziliyanın çoxlu ortaq cəhətləri var. Hər iki ölkə futbolu və musiqini sevir və xalqlarımızda xüsusi həyat sevinci var", - Vieira deyib.
Ölkəsində 20 minə yaxın xorvatın yaşadığına diqqət çəkən Vieria, bu azlıq qrupunun ölkəsinin mədəni zənginliyinə töhfə verdiyini bildirib.












