Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının qərarı ilə   Agentliyin “Şuşa ili”nə həsr edilmiş xüsusi Qrant müsabiqəsinin nəticələrinin elan edilməsi 28 iyun tarixinə müəyyən edilmişdir. 

Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi və bir qrup QHT sədrinin Şuşaya səfəri təşkil olunub. 

Eyni zamanda Şuşada “Şuşa ili”nə həsr edilmiş xüsusi Qrant müsabiqəsinin nəticələrinin elan olunması yaxın saatlarda gözlənilir.  
“Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəyə 200-dən çox layihə təqdim  olunub.
Təqribən 10-15 layihənin qalib elan olunması  gözlənilir.