Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əməkdaşları Amin Həsrətov, Elnur Əliyev, Kamran Abdullayev və Vüsal Hətəmov da Vətən müharibəsinin ilk günlərindən Ordumuzun hərbi əməliyyatlarına qatılıblar. 

 

Onlar da Ordudan tərxis olunaraq artıq mülki həyatlarına qayıdıblar.

Prezident, Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə A.Həsrətov “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə”, E.Əliyev “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, K.Abdullayev isə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif ediliblər. 

 

Şərəfli döyüş yolu keçən əməkdaşları Sosial Xidmətlər Agentliyinin kollektivi sevinc və  coşqu ilə qarşılayıb. 

Agentliyin sədri Vüqar Behbudov ərazilərimizin düşmən işğalından azad edilməsində iştirak edən, üç rəngli bayrağımızı Qarabağda dalğalandıran qəhrəmanlarımıza kollektiv adından minnətdarlıq edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. 

 

Ümumilikdə Sosial Xidmətlər Agentliyinin 8 əməkdaşı Vətən müharibəsində iştirak edib.