Elm adamları bu yaxınlarda qoxu duyğumuzun əvvəllər düşünüldüyündən çox daha sürətli işlədiyini aşkar etdilər və rəngin sürətli dəyişməsinə olduğu kimi qoxuların da sürətli dəyişməsinə həssas olduğumuzu irəli sürdülər.

QHT.az xəbər verir ki, Çin Elmlər Akademiyasından tədqiqatın həmmüəllifi doktor Wen Zhou, qoxu duyğusunun tədqiqində əsas problemin müxtəlif odorantların dəqiq temporal ardıcıllıqla təqdim olunmasına imkan verən sistemin yaradılması çətinliyi olduğunu vurğulayıb. Zhou və həmkarları, müxtəlif uzunluqdakı borulardan istifadə edərək, qoxulardan iki şüşənin burun boşluğuna birləşdirildiyi bir cihaz yaradıb. Bu cihaz, nəfəs alındıqda açılan miniatür çek klapanlarla təchiz edilib, nəticədə iki qoxu 18 millisaniyə dəqiqliklə buruna çatdırılıb.

229 nəfərin iştirak etdiyi eksperimentdə, iştirakçılara müxtəlif uzunluqdakı borulardan istifadə edərək, alma və çiçək qoxuları təqdim edilib. İştirakçılar, cihazı iki dəfə iylədikdən sonra qoxuların sırasını bildirmələri istənilib. Nəticələr göstərib ki, 952 sınaqdan 597-də (63%) iştirakçılar düzgün cavab verib. Həmçinin, iki qoxu 40-80 millisaniyə məsafədə buruna daxil olduqda iştirakçılar daha yaxşı nəticələr əldə edib.

Alimlər, bu intervalın insanın iki qoxunu ayırd edə bilməsi üçün əvvəllər düşünüləndən təxminən 10 dəfə qısa olduğunu qeyd edirlər.

 

Pərvanə Fərhadqızı