Pavel Durov, Telegram-ın yaradıcısı, yeni Telegram Gateway funksiyasını təqdim edib.

QHT.az xıəbər verir ki, bu funksiya, bizneslərin müştərilərin telefon nömrələrinin müəyyənləşdirilməsi üçün xərcləri 0,01 dollara endirərək qənaət etməsinə imkan tanıyır. Durov, bu autentifikasiya sisteminin ənənəvi SMS xidmətlərindən daha ucuz, sürətli və təhlükəsiz olduğunu qeyd edib. Telegram, aylıq 10 milyon dollar xərcləyərək 1 milyard istifadəçinin telefon nömrələrini yoxlayıb. Durov həmçinin platformada yeni funksiyalar, məsələn, hədiyyə göndərmək və media fayllarını əlavə etmək imkanlarını açıqlayıb.

 

Pərvanə Fərhadqızı