Alimlər Yer kürəsini həddindən artıq günəş işığından qorumaq və bununla da onun qlobal istiləşməyə təsirini azaltmaq üçün istifadə oluna biləcək yeni bir üsul tapıblar.

QHT.az xəbər veri ki, Havay Universitetinin astronomları bildirib ki, nəhəng günəş çətiri əks çəki kimi asteroidə bağlana və onilliklər ərzində iqlimi yumşaldıcı struktura çevrilə bilər. Yerin sürətlə qızması fonunda bütün dünya alimləri iqlim dəyişikliyinin təsirlərini azaltmağın yeni yolları haqqında düşünürlər. Onlardan biri də “çətir”lə Yer kürəsini günəş işığının bir hissəsindən kölgələməkdir. Bununla belə, cazibə qüvvələrinin təsiri altında belə bir "çətir"in radiasiya tərəfindən uçurulmamasına və əzilməməsinə əmin olmaq lazımdır. Alimlər qeyd ediblər ki, belə şəraitdə qalxanın hazırlana biləcəyi material çox baha başa gələcək.

Tədqiqatçılar qeyd ediblər ki, belə qalxan günəş radiasiyasının Yerə təsirini təxminən 1,7 % azaltmalıdır.

 

Pərvanə Fərhadqızı