İnsanlar avqustun sonunda nadir hadisəni - "mavi super ayı” müşahidə etmək imkanı əldə edəcəklər. Növbəti dəfə səmada yalnız 2032-ci ildə görünəcək.
QHT.az xəbər verir ki, adına baxmayaraq, mavi ay əslində göy rəngdə parıldamır. Termin necə meydana gəldiyi tam aydın deyil. Əsrlər əvvəl, deyəsən, qeyri-mümkün bir hadisəni təsvir etmək üçün istifadə edilib. Lakin 1800-cü illərdə baş verən vulkan püskürməsindən sonra səma qəribə bir rəng aldı və aya mavi rəng verdi. Danışıq dilində “mavi ay” zaman-zaman baş verən nadir hadisə mənasına gəlir.
Pərvanə Fərhadqızı












