Tanınmış azərbaycanlı riyaziyyatçı alim, 30 ildən artıq Almaniyada yaşayan professor Məsud Əfəndiyevin anadan olmasının 70 illiyinə həsr edilmiş konfrans keçirilib.

QHT.az xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universiteti də konfransa ev sahibliyi etdi. Universitetin rektoru Ədalət Muradov konfransın açılış hissəsində qonaqları salamlayıb və Məsud müəllimə yubileyilə bağlı xoş arzularımı bildirib. Elm və təhsil naziri Emin müəllim Əmrullayevin, Diaspora ilə iş üzrə dövlət komitəsinin sədri Fuad müəllim Muradovun, Fields Institutunun direktoru Prof. Dr. Kumar Murtu, Gürcüstanın sabiq elm və təhsil naziri Prof. Dr. Mikheil Chkhenkeli, Vaterloo universitetinin 2010-2021-ci illərdə rektoru olmuş Prof. Dr. Feridun Hamdullahpurun dəyərli çıxışlarını və Nobel mükafatı Laueratı Arieh Warshel, Akademik Roald Sagdeev və Humboldt Fondunun nümayəndəsi Dr. Steffen Mehlich-in videomüraciətləri dinlənilib.

Məsud müəllimi bir daha 70 illik yubileyi münasibətilə təbrik edirik.

 

Pərvanə Fərhadqızı