Sosial və Ekoloji Tərəfdaşlıq Alyansının üzvü, “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova noyabrın 10-11-də Türkiyənin Antalyan şəhərində keçiriləcək “Dayanıqlı İnnovasiya Forumu 2026”-ya (Sustainable Innovation Forum 2026) dəvət alıb.
QHT.az xəbər verir ki, bu barədə İradə Həsənova herbiand.az-a açıqlamasında bildirib. Qeyd edək ki, forum Antalyanın Belek bölgəsində yerləşən "Sueno Hotels Deluxe Belek" konqres mərkəzində baş tutacaq.
İki gün davam edəcək forumda qlobal iqlim fəaliyyətlərini sürətləndirmək, yaşıl texnologiyaları təşviq etmək və dayanıqlı gələcək üçün innovativ həll yollarını müzakirə etmək məqsədilə dünyanın müxtəlif ölkələrindən ekspertlər, iş adamları və dövlət nümayəndələri bir araya gələcək. Tədbirin proqramı çərçivəsində panel diskissiyaları, təqdimatlar və şəbəkələşmə görüşləri təşkil olunacaq.












