Bu gün Apple planetin ən tanınan brendlərindən biridir və adı onun imicinin mühüm hissəsidir.
QHT.az xəbər verir ki, Apple adının yaranması marketinqdən deyil, Stiv Cobsun meyvə pəhrizi dövründən qaynaqlanır. O, alma fermasından qayıdarkən şirkətə “Apple Computer” adını təklif edib və sözü “əyləncəli və qorxuducu olmayan” bir ad kimi dəyərləndirib. Hərçənd Stiv Voznyak Beatles-ın Apple Corps şirkətinə görə hüquqi risklərdən ehtiyat etsə də, ad sonunda qəbul olunub.
“ExecuTex” və “Matrix Electronics” kimi alternativlər isə heç vaxt uyğun görünməyib. Sadəlik, yadda qalma və praqmatizm “Apple”ı bu gün dünyanın ən tanınan brendlərindən birinə çevirib.
R.İmanov












