Bir qrup arxeoloq Amasra şəhəri yaxınlığında Qara dəniz sahilində qazıntılar zamanı mərmərdən pəri heykəli aşkar ediblər.
QHT.az xəbər verir ki, heykəl eramızın II əsrinə, Roma dövrünə aiddir. Pərilər tez-tez ədəbiyyatda və mifologiyada təsvir olunurdu və romalılar onları su elementinin tanrıları ilə əlaqələndirirdilər. Hündürlüyü bir yarım metr olan heykəl 3 m dərinlikdən tapılıb. Mərmərdən hazırlanmış heykəldə aşağı bədəni parça ilə örtülmüş, əli amfora üzərində dayanan yarıçılpaq qadın təsvir edilib.
Tədqiqatçılar hesab edirlər ki, heykəl yunan mifologiyasından olan pəri, təbiəti təcəssüm etdirən kiçik qadın tanrısı təsvir edir.
Pərvanə Fərhadqızı












