Vətəndaş cəmiyyəti təşkilatları üçün layihələrin idarə edilməsi üzrə proqram işə başlayıb.
QHT.az xəbər verir ki, Avropa İttifaqının maliyyə dəstəyi və BMT İnkişaf Proqramının təşkilatçılığı ilə keçirilən təlimdə Bakı, Bərdə, Biləsuvar, Gəncə, Mingəçevir və Şəkidən 22 vətəndaş cəmiyyəti təşkilatını təmsil edən 30-a yaxın nümayəndə iştirak edib.
Səkkizsaatlıq təlim zamanı iştirakçılar inkişaf sektoru üzrə aparılan layihələrdə resurs və büdcənin idarə olunması, monitorinq və qiymətləndirmə, kommunikasiya, habelə layihələrin düzgün planlaşdırılması və icrası üçün digər təməl iş istiqamətləri barədə bilik və bacarıqlarını artırıblar.
Sentyabrın sonuna kimi davam edəcək proqram çərçivəsində təşkilatlarla fərdi mentorluq görüşləri aparılacaq.
Pərvanə Fərhadqızı












