Çin arxeoloqları qədim imperatorun məqbərəsində nəhəng pandanın tam skeletini aşkar ediblər.
QHT.az xəbər verir ki, panda eramızdan əvvəl 180-157-ci illərdə hökmranlıq etmiş Han sülaləsinin İmperatoru Wenə məxsus nəhəng məqbərənin yanındakı təpədə bir qrup heyvan qurbanı çuxurunda tapılıb.
Arxeoloqlar qrupu heyvan skeletləri olan 380-dən çox düzbucaqlı torpaq çuxurları tapdılar. Onların əksəriyyəti məməlilərdir və kərpicdən basdırılmış qablardadır. Bəzi sürünənlər taxta tabutlarda, quşlar isə saxsı qablarda tapılıb. Vəhşi təbiət qurbanlarının müxtəlifliyi Han hökmdarları üçün status simvolu kimi qəbul edilirdi. Adi insanların məzarlarında da heyvan qurbanlarına rast gəlinir, lakin onlar yalnız ev heyvanları, o cümlədən itlər və donuzlarla məhdudlaşırdı.
Pərvanə Fərhadqızı












