Ekvadorda prezidentliyinə namizəd Fernando Villavincio bu ölkənin paytaxtı Kitoda seçki kampaniyasından sonra öldürülüb.

QHT.az xəbər verir ki, başına 3 güllə ilə vurularaq dünyasını dəyişən siyasətçi prezidentlik yarışında qalib gəlmək üçün kifayət qədər səs toplaya bilməyib. Hadisə zamanı 8 nəfər yaralanıb, onlardan 7-si xəstəxanaya yerləşdirilib. Ekvador prokurorluğu şübhəlinin güllə yarasından öldüyünü bildirib.

Qeyd edək ki, Ekvadorda seçkilər avqustun 20-də keçiriləcək.

https://t.me/ir_sputnik/9756

 

Pərvanə Fərhadqızı