Ötən ilin sonunda Avropanın ən çirkli limanı kimi tanınan İspaniyanın Barselona şəhəri kruiz gəmilərinin şəhərin mərkəzi limanına daxil olmasını qadağan edib. Qərar 22 oktyabr 2023-cü il tarixindən qüvvəyə minəcək. 

QHT.az xəbər verir ki, turistlər artıq kruiz gəmilərindən birbaşa Barselonanın tarixi mərkəzinə düşə bilməyəcəklər - şəhərin mərkəzinə çatmaq üçün onlar estakadanın yanında avtobusa minməli olacaqlar. Bu avtobusla gediş təxminən yarım saat çəkəcək.

 

Pərvanə Fərhadqızı