İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatı “yer üzündən silinəcək”.

QHT.az xəbər verir ki, nazirin sözlərinə görə İsrailli uşaqların öldürüldüyü bir vəziyyət ola bilməz və biz öz işimizlə məşğul oluruq.

Bundan əvvəl İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi bildirib ki, Qəzza zolağı İsrailin dinc münasibətlərdə olduğu digər ərəb ölkələrindən fərqlənməməlidir. Səfir həmçinin İsrailin islam ölkələri ilə sülh münasibətləri qura bilməyəcəyi sözlərini axmaq adlandırıb.

 

 

Pərvanə Fərhadqızı