Ermənilər Qarabağda yaşayan ermənilərin könüllü olaraq Ermənistana köçməsi ilə bağlı BMT-yə, beynəlxalq təşkilatları yalan informasiyalar ötürürlər.

“Azərbaycan dövləti ermənilərə vətəndaşlıq, yüksək yaşayış təminatı təklif edib, amma onlar havadarlarının təkidi ilə çıxıb gediblər, zorla qovulmayıblar. Söndürülmüş münaqişə ocağını yenidən alovlandırmaq istəyirlər. Münaqişənin faydası yox, biz onları xilas etmişik”.

Bu sözləri Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü QHT.az –a açıqlamasında bildirib. QHT sədri qeyd edib ki, yalan və təxribatçı hesabatla beynəlxalq qurumları erməni toruna salmağa çalışırlar: “Ermənistanın ombudsmanı BMT-yə saxta hesabat göndərərkən bu təşkilatın yaydığı obyektiv hesabata nəzər yetirməyib. BMT-nin bu hesabatı erməniləri elə qəzəbləndirdi ki, onlar bu qurumu qeyri-obyektivllikdə suçladılar. Hesabatda doğru əks olunub ki, heç bir mülki obyektə ziyan dəyməyib, zorakılıq olmayıb, etnik təmizləmə baş verməyib, orada 500-100 nəfər civarında erməni qalıb. Qarabağda qalan ermənilər Azərbaycan vətəndaşlığı almaq üçün müvafiq dövlət orqanlarımıza müraciət edib. Separatçı “rəhbərlər” Fransa və Ermənistan rəhbərliyinin məcburiyyəti ilə erməni əhaliyə Qarabağı tərk etmələri barədə “göstəriş” verib. Özləri bunu etiraf edir”.

 

Pərvanə Fərhadqızı