"2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə silsilə tədbirlər planlaşdırılır".

QHT.az xəbər verir ki, bu sözləri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva "İlham Əliyev və Böyük Qayıdış” kitabının təqdimat mərasimində bildirib:

"Bu səpkidə ilk tədbirin məhz Prezident İlham Əliyevin doğum günündə - Böyük Qayıdış mövzusunda olmasının rəmzi mənasına diqqət çəkib: “Azərbaycan QHT-ləri ölkəmizi qələbədən qələbəyə aparan Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşib. Dövlətin QHT-lərə dəstəyi və diqqəti vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayır. QHT-lər Böyük Qayıdışa güclü ictimai dəstək verir, bu sahədə çoxsaylı layihələr icra edirlər”.