Bu gün Sosial Tədqiqatlar Mərkəzinin “Zəfər” zalında “Azərbaycan Ailəsi: Dəyişən və Dəyişməyən dəyərlər. Analitik hesabatın tədqimatını keçirdik. Tədbirə qatılan peşəkar və dəyərli qonalqlarımız içərisidə vətəndaş cəmiyyətinin və medianın dəyərli dostlarından biri Aynur Sabitova da var idi.
Bu dəfəki tədbirimizdə Aynur xanım başqa bir keyfiyyətdə və mövqedə olan şəxs kimi iştirak edirdi. Aynur xanım uzun illərdir ki, elmi-pedaqoji fəaliyyətlə məşğuldu, professor dərəcəsinə malikdir. Eyni zamanda dəyərli ictimai xadim və dövlət orqanlarında mühüm vəziflər daşıyıb. Bunlarla yanaşı Aynur xanım Bakı şəhərinin böyük rayonlardan birində Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı şöbəsinin rəhbəri olub, ailə, qadın və uşaq məsələlərini və müasir ailə problemlərini dərindən bilən mütəxəssis olmaqla bir çox mötəbər, o cümlədən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil edib.
Tədbirdən sonra görkəmli insan hüquqlarının müdafiəçiləri ilə birgə şəkil də çəkdirdik. Aynur xanım həm də vətəndaş cəmiyyəti liderlərinin, o cümlədən tanınmış hüquq müdafiəçilərinin qaldırdığı hər bir məsələyə həssas yanaşaraq böyük rəğbət qazanmışdır.
Bir neçə gün əvvəl hörmətli Aynur xanım öz xahişi ilə 2018-ci ildən çalışdığı Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi vəzifəsindən ayrılıb. Bizlər üçün əlbəttə bu təssüf hissi yaradır. Amma hər kəsin qərarına da hörmətlə yanaşırıq.
Aynur xanıma bundan sonrakı fəaliyyətində uğurlar arzulamaqla yanaşı bizim tanınmış hüquq müdafiəçilərin ümumi fikirini də ifadə edərək qeyd edirəm ki, Aynur xanım harada işləyibsə yükəsk peşəkarlığı və kommunikasıya bacarığı ilə seçilib. Əlbəttə Aynur xanım kimi peşəkarları tapmaq olar, amma Aynur xanım həm də yüksək insani və mənəvi keyfiyyətlərə malik bir şəxsdir. Həm yüksək səviyyədə peşəkar olmaq, həm də yükəsk insani və mənəvi dəyərlərə malik olmaq hər kəsə nəsib olmur. Aynur xanım bütün bu keyfiyyətləri özündə birləşdirib.
Aynur xanımın sadaladığım keyfiyyətləri dövlətimiz tərəfindən daimi yüksək qiymətləndirilib. Azərbaycan Rspublikasının Prezidenti cənab İlham Əliyevin 21 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Ədliyyə orqanlarında səmərəli fəaliyyətinə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Eyni zamanda cənab Prezidentin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı və digər təltiflərə layiq görülüb.
Bir daha əziz dostumuza dövlətimizə xidmət istiqamətində uğurlu fəaliyyət arzu edirik.
Ədliyyə Nazirliyinin də yeni komandasına uğurlar arzu edirik. Dövət quruculuğunda cənab nazirə və Ədliyyə Nazirliyinin bütün kollektivinə uğurlar arzu edirik.
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov












