Azərbaycan Respublikasının COP29 İqlim Dəyişiklikləri üzrə Konfransına ev sahibliyi etməsi, ölkəmizin qlobal ekoloji məsələlərin həllindəki fəal rolunu və beynəlxalq arenadakı nüfuzunu bir daha təsdiqləyir. Bu əlamətdar tədbirin Azərbaycanda keçirilməsi ölkəmiz üçün həm daxili, həm də beynəlxalq səviyyədə bir çox müsbət nəticələr doğuracaqdır.
Bu fikiləri QHT.az-a açıqlamasında “Göyərçin” – Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülnarə Vəlixanlı bidirib.
Təşkilat sıədrinin sözlərinə görə belə bir qlobal tədbirə ev sahibliyi etmək Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu artıracaq. COP29 kimi əhəmiyyətli bir tədbir, ölkəmizin ekoloji məsuliyyətli və iqlim dəyişikliklərinə qarşı mübarizədə öncül ölkə kimi tanınmasına təkan verəcəkdir. Bu, Azərbaycanın regional lider kimi mövqeyini möhkəmləndirəcək və digər qlobal təşəbbüslərdə daha fəal iştirakını təmin edəcəkdir. Azərbaycan bu tədbirlə ekoloji məsələlərə olan bağlılığını və qlobal problemlərin həllinə verdiyi töhfəni bir daha nümayiş etdirəcəkdir.
Eyni zamanda COP29 tədbiri, ölkəmizdə ekoloji texnologiyaların və innovativ həllərin inkişafına imkan yaradacaq. Bu tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrindən gələn mütəxəssislər və elm adamları ilə təcrübə mübadiləsi həyata keçiriləcək. Azərbaycanda bu sahədə çalışan mütəxəssislər və müəssisələr, qabaqcıl texnologiyalar və elmi tədqiqatlarla tanış olmaq, bu təcrübələrdən faydalanmaq və yeni əməkdaşlıq imkanları yaratmaq şansı qazanacaqlar. Bu, eyni zamanda, yerli mütəxəssislərin beynəlxalq səviyyədə tanınmasına və yeni layihələrə cəlb olunmasına şərait yaradacaq.
Üçüncüsü, belə bir böyük tədbirin keçirilməsi ölkədə turizmin inkişafına və iqtisadi aktivliyin artmasına səbəb olacaq. COP29-a minlərlə iştirakçı, ekspert, jurnalist və nümayəndə gələcəkdir. Bu, Azərbaycanın turizm potensialının dünya miqyasında tanıdılması üçün böyük bir fürsət olacaq. Tədbir çərçivəsində Azərbaycanın zəngin mədəniyyəti, təbiəti və turizm infrastrukturu ilə tanış olan qonaqlar, ölkəmizin beynəlxalq imicinin yüksəlməsinə töhfə verəcəkdir. Bu isə, öz növbəsində, turizm sektorunun daha da inkişaf etməsinə və ölkə iqtisadiyyatına əlavə gəlir gətirilməsinə səbəb olacaqdır.












