“Son 5- 6  ildə təşkilatımızın keçirdiyi layihələrdən biri də məhz vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin tanıdılması, İkinci Qarabağ müharibəsində şəhid olan şəhidlərimizin tanıdılması olub. 2023-cü ilin son layhəsi “Heydər Əliyev -100” layihəsi idi. Bu layihə bizim üçün çox önəmli idi. Çünki ilin yekunu olaraq biz bu layihəni Gənclər Fondunun dəstəyi ilə həyata keçirdik. Bu layihədə əsasən gənclərin asudə vaxtlarının təşkili, sağlam həyat tərzinin təşkili, eyni zamanda əsas məqsədi ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşməsi, gənclər arasında təbliği idi”.

QHT.az-a açıqlama verən “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyinin təsisçisi və sədri Azər Əliyev bu fikirləri bildirib. Layihənin uğurla həyata keçirildiyini, hal –hazırda da davam etdirildiyini bildirən QHT sədri vurğulayıb ki, layihənin birinci  hissəsi gənclər arasında mini futbol keçirməkdir: “Bu gənclərin çox xoşuna gəlir. Ümummilli liderimiz H. Əliyevin xatirəsini andıq, turnir böyük ehtiramla keçdi. Biz təşkilat olaraq sevinirik ki, 2023-cü ilin son layihəsi məhz ümummilli liderimizə həsr olundu”.

Qeyd edək ki, təşkilatın 2024-cü ildəki məqsədi fəaliyyətini davam etdirmək, gənlərlə sıx əməkdaşlıq edərək, onların istəklərini öyrənmək üçün sorğular keçirmək, sağlam həyat tərzinin təbliğini icra etmək, vətənpərvərlik mövzularına üstünlük vermək, qazilər, şəhid ailələri, gənclərin onlarla görüşü olacaq.

 

 

Pərvanə Fərhadqızı