“Bu şəkil 2020-ci ildə Füzuli rayonu Qarğabazar kəndi işğaldan azad olunandan sonra çəkilib. Şah Abbas məscididir. 1683–ci ildə inşa edilən bu tarixi məscid 30 illik Ermənistan işğalı nəticəsində dağıdılaraq donuz tövləsinə çevrildi”.

QHT.az xəbər verir ki, bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, tarixiliyi ilə seçilən abidələrdən olan bu məscidin sadəcə qalıqları qalıb: “Şah Abbas məscidi Qarabağda işğal müddətində dağıdılan yeganə məscid deyil. Ermənistan işğalı müddətində 403 tarixi və dini abidələr tamamilə dağıdılıb. Ikili standartlara söykənərək Azərbaycanı izləmə siyahısına daxil edən ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyası ölkəmizin dini və tarixi abidələri dağıdılan zaman görəsən niyə göz yumurdu? Aydındır ki, bu qərəzli hesabatlarda məqsəd tamamilə fərqlidir. Amma Azərbaycan bu tip təhdidlərə hər zaman cavab vermək gücündədir və hansı hesabatlarda nələrin yazılmasından asılı olmayaraq ölkəmizdə dini etiqad azadlığı hər zaman müdafiə olunur. Elə dünən pravoslavlar ən vacib xristian bayramlarından birini – Milad bayramını pravoslav kilsələrində təntənəli ibadət mərasimləri qeyd etdilər: bu hesabat “müəlliflər”inin görmək istəmədiyi çoxsaylı faktlardan sadəcə biridir”.

 

Pərvanə Fərhadqızı