1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Yeni əlifbanın tətbiqi müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biridir.
QHT.az xəbər verir ki, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülüb. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb. Bu barədə Gənc Vətənpərvərlər İctimai Birliyin sədri Muğan Əliyev sosial səhifə hesabında paylaşım edib.
Yazıçı Seyran Səxavət xalqa səslənir ki, Azərbaycan dili bu gün reanimasiyadadır, can verir: “Xahiş edirəm, bu dili qoruyaq. Bu dilin xətrini hamıdan çox istəyirəm. Ən məşhur mahnılarda elə sözlərə rast gəlirəm ki, şoka düşürəm. Oxuyan adam Xalq artistidir. Bəs bu adam oxuduğu mahnının sözlərini eşitmir?”.

 

Pərvanə Fərhadqızı