Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mərkəzin Yutub kanalı vasitəsilə ixtisas seçimi edəcək abituriyentlərə statistik məlumatlar əsasında diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verəcək.
QHT.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
II və III ixtisas qrupları üzrə canlı yayım 11 avqust saat 11:00-da, I, IV və V ixtisas qrupları üzrə isə 18 avqust saat 11:00-da təşkil olunacaq.
Qeyd edək ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışının, həmçinin II və III qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçaların bu həftənin sonuna kimi nəşr olunması nəzərdə tutulur. I və IV qruplar üzrə müvafiq kitabçalar isə imtahan nəticələri ilə əlaqədar yaradılmış Apellyasiya komissiyası öz işini yekunlaşdırdıqdan sonra - növbəti həftənin axırına kimi nəşr olunacaq.












