Azərbaycan Dövlət İqtisad Universitetində “Heydər Əliyev İli”nə həsr olunmuş “Oxu mədəniyyəti” layihəsi çərçivəsində həyata keçirilən yay oxuları davam edir.
Universitetin rektoru, professor Ədalət Muradovun QHT.az- a bildirib ki, bu dəfə Universitetin Quba tədris, idman və istirahət kompleksində Universitetin əməkdaşları və onların ailə üzvləri üçün təşkil edilmiş yay istirahəti zamanı yay oxularında görkəmli alim, ixtiraçı Nikola Teslanın “İxtiralarım” və kimya üzrə Nobel mükafatçısı İlya Priqojinin “Müəyyənliyin sonu” adlı kitabları mütaliə və müzakirə edilib.
Qeyd edək ki, kitabları mütaliə və müzakirə empatiya və empatik anlayışı inkişaf elətdirir. Biz özümüzü müxtəlif xarakterlərə, həyat tərzlərinə və düşüncələrə qərq etdikdə, bu, bizə onların perspektivini anlamağa imkan verir. Bu, öz növbəsində, empatiya qabiliyyətimizi artırır və başqaları ilə daha yaxşı əlaqə saxlamağa kömək edir. Ədəbiyyat, tarix və digər mədəni materiallar bizə keçmiş və müxtəlif cəmiyyətlər haqqında məlumat əldə etməyə imkan verir.
Pərvanə Fərhadqızı












